“Neftçi” komandası daha bir futbolçusu ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxt təmsilçisi yarımmüdafiəçi Fərid Yusifli ilə vidalaşıb.
O, “Neftçi”nin heyətində meydana çıxdığı 4 mövsüm (2020/2021-ci ildən 2023/2024-cü ilədək) ərzində 38 rəsmi oyun keçirib.