Modern.az

"Səbail" "Kəpəz"i darmadağın etdi

"Səbail" "Kəpəz"i darmadağın etdi

İdman

23 Avqust 2024, 21:31

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

 

Turun açılış matçında “Səbail” (Bakı) doğma meydanda “Kəpəz”i (Gəncə) qəbul edib.

 

“ASCO Arena”da oynanılan görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Komandanın heyətində qolları 12-ci dəqiqədə Fərid Nəbiyev, 34-cü dəqiqədə Gitay Sofir, 49-cu dəqiqədə Ayman Bouali və 54-cü dəqiqədə Suleyman Alluş vurublar.

 

Qeyd edək ki, IV tura avqustun 25-də oynanılacaq “Zirə” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu