Modern.az

"Qarabağ" öz meydanında məğlub oldu

"Qarabağ" öz meydanında məğlub oldu

İdman

24 Avqust 2024, 20:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk görüşündə “Qarabağ” doğma meydanında “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da baş tutan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində 18-ci dəqiqədə Otto Con penaltini dəqiq yerinə yetirib.

 

Günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olub. “Live Bona Dea Arena”da təşkil olunan oyunda hesab açılmayıb.

 

Qeyd edək ki, turun açılış matçında “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi