Modern.az

Niderland Qran-Prisinin qalibi bəlli oldu 

Niderland Qran-Prisinin qalibi bəlli oldu 

İdman

25 Avqust 2024, 20:11

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsində - Niderland Qran-Prisində qalib gəlib. Yarış Zandvoort dairəsində baş tutub.

 

Modern.az xəbər verir ki, ikinci yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. “Ferrari”ni idarə edən moneqasklı Çarlz Lekler finiş xəttinə üçüncü çatıb.

 

Üçqat dünya çempionu Ferstappen 295 xalla ümumi sıralamada liderliyini davam etdirir. Norris ikinci (225), Lekler üçüncü (192) yerdədir.

 

Növbəti mərhələ avqustun 30-dan sentyabrın 1-dək İtaliyada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu