Modern.az

“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb

“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb

27 Avqust 2024, 00:28

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Modern.az xəbər verir ki, matça 24700 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.  

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Xatırladaq ki, ilk oyun Xorvatiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu