Modern.az

“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək? - "Dinamo" ilə oyun

“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək? - "Dinamo" ilə oyun

İdman

28 Avqust 2024, 08:55

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu bu gün pley-off mərhələsində cavab oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. 

Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib. 

"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu