Modern.az

UEFA "Sumqayıt" klubunu cərimələdi

UEFA "Sumqayıt" klubunu cərimələdi

İdman

28 Avqust 2024, 10:44

UEFA "Sumqayıt" klubunu cərimələyib.

 

Modern.az-ın məlumatına görə, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

 

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

 

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

 

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu