Modern.az

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalandırıldı 

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalandırıldı 

İdman

28 Avqust 2024, 13:16

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV turunun matçında rəqibi təhqir etməsi səbəb olub.

 

Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçıvan təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.

 

Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.

 

Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığına görə də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu