Modern.az

"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB

"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB

İdman

28 Avqust 2024, 22:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

 

***

22:15

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 54-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub - 2:0.

 

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

 

***

 

21:36

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ilk hissə başa çatıb.

 

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada rəqib komanda fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.

 

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

 

***

21:23

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə hesab açılıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 33-cü dəqiqəsində qonaqların heyətində Marko Pyatso qola imza atıb.

 

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

 

***

20:46

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:45-də start götürüb.

 

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

 

Komandalar arasında Zaqrebdə keçirilmiş ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu