Modern.az

Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşdi - SİYAHI

Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşdi - SİYAHI

İdman

29 Avqust 2024, 08:32

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas turnirinin bütün iştirakçıları müəyyənləşib.

 

Modern.az xəbər verir ki, turnirə vəsiqə qazanan ən son komandalar Zaqreb “Dinamo”su, Fransanın “Lill”, Serbiyanın “Srvena Zvezda” və Slovakiyanın “Slovan Bratislava” klubları olub.

 

UEFA Çempionlar Liqası

 

İtaliya: “Atalanta”, “Bolonya”, “İnter”, “Yuventus”, “Milan”

 

Almaniya: “Borussia Dortmund”, “Bavariya”, “Leipziq”, “Leverkuzen”, “Ştutqart”

 

İngiltərə: “Arsenal”, “Aston Villa”, “Liverpul”, “Mançester Siti”

 

İspaniya: “Atletiko Madrid”, “Barselona”, “Jirona”, “Real Madrid”

 

Fransa: “Brest”, “Lill”, “Monako”, PSJ

 

Portuqaliya: “Benfika”, “Sportinq Lissabon”

 

Hollandiya: “Feyenord”, PSV

 

Avstriya: “Salzburq”, “Sturm Qraz”

 

Şotlandiya: “Seltik”

 

Belçika: “Brüg”

 

Ukrayna: “Şaxtyor”

 

Çexiya: “Sparta”

 

İsveçrə: “Yanq Boys”

 

Xorvatiya: “Dinamo Zaqreb”

 

Serbiya: “Srvena Zvezda”

 

Slovakiya: “Slovan Bratislava”

 

Qeyd edək ki, bu gün keçiriləcək püşkatma mərasimində Çempionlar Liqasında yeni format tətbiq ediləcək. Püşkatmada 4 səbət olacaq və hər səbətdə 9 komanda yer alacaq. 36 komandanın iştirak edəcəyi püşkatmada komandalara hər səbətdən 2 rəqib çıxacaq. Hər klub yeni formatda 8 oyun keçirəcək - 4 ev, 4 səfər. Yekunda xal sıralaması əsasında 1/8 finala yüksələnlər, pley-off oynayanlar və turnirlə vidalaşanlar məlum olacaq.

 

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi “Real Madrid”dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu