Modern.az

“Qarabağ”ın Avroliqadakı rəqibləri sabah bilinəcək

“Qarabağ”ın Avroliqadakı rəqibləri sabah bilinəcək

İdman

29 Avqust 2024, 11:40

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.

 

Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq.

 

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.

 

Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

 

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-i açıqlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu