Modern.az

Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

İdman

29 Avqust 2024, 16:00

Futbol üzrə Millətlər Liqasının C1 qrupunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) arasında dəyişir.

 

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma 12 min tamaşaçı tutumuna malik "Koşice Football Arena" stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu