Modern.az

Yay Paralimpiya Oyunlarında ilk MEDALIMIZ

Yay Paralimpiya Oyunlarında ilk MEDALIMIZ

İdman

29 Avqust 2024, 22:46

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenxamı sınağa çəkib.

 

Rəqibinə 12:3 hesabı ilə qalib gələn S.Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Bununla da Azərbaycan Paris Paralimpiadasında ilk medalını əldə edib.

 

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu