Modern.az

Bu gün "Qarabağ"ın rəqibləri bilinəcək

Bu gün "Qarabağ"ın rəqibləri bilinəcək

İdman

30 Avqust 2024, 08:43

Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olacaq.

 

Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.

 

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

 

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

 

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

 

2024-cü il

 

I tur: 25-26 sentyabr

 

II tur: 3 oktyabr

 

III tur: 24 oktyabr

 

IV tur: 7 noyabr

 

V tur: 28 noyabr

 

VI tur: 12 dekabr

 

2025-ci il

 

VII tur: 23 yanvar

 

VIII tur: 30 yanvar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu