Modern.az

“Qarabağ”ın AvroLiqadakı rəqibləri məlum oldu - SİYAHI

“Qarabağ”ın AvroLiqadakı rəqibləri məlum oldu - SİYAHI

İdman

30 Avqust 2024, 15:48

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb. 

Modern.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib.

Qeyd edək ki, komandamız 3-cü səbətdə yer alıb.

Yarışda ilk dəfə Liqa formatı tətbiq olunur və 36 komanda iştirak edəcək.

36 komandanın hər birinə 8 rəqib seçilib. Yeni formata əsasən, hər komanda rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

"Qarabağ"ın rəqibləri aşağıdakı klublar seçilib:
 

1-ci səbətdən: "Tottenhem" (İngiltərə) səfərdə, "Ayaks" (Niderland) evdə

2-ci səbətdən: "Olimpiakos" (Yunanıstan) səfərdə, "Lion" (Fransa) evdə

3-cü səbətdən: "Malmö" (İsveç) evdə," Bodo Glimqt" (Norveç) səfərdə

4-cü səbətdən: "FCSB" (Rumıniya) evdə, "Elfsborq" (İsveç) səfərdə

Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu