Modern.az

Türkiyənin AvroLiqadakı klublarının rəqibləri bilindi - SİYAHI

Türkiyənin AvroLiqadakı klublarının rəqibləri bilindi - SİYAHI

İdman

30 Avqust 2024, 16:42

UEFA Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, püşkatma nəticəsində Türkiyə təmsilçiləri “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın da rəqibləri məlum olub.
 

“Qalatasaray” klubu “Ayaks”, “AZ Alkmaar” (hər ikisi Niderland), “Tottenhem” (İngiltərə), PAOK (Yunanistan), “Dinamo” (Kiyev, Ukrayna), RFŞ (Latviya), “Malmö” və “Elfsborq” (hər ikisi İsveç) ilə qarşılaşacaq.
 

“Fənərbağça” klubu “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Çexiya), “Lion” (Fransa), “AZ Alkmaar”, “Tvente” (hər ikisi Niderland), “Union” (Belçika), “Midtüllann” (Danimarka) və “Atletik” (Bilbao, İspaniya) ilə oynayacaq.
 

“Beşiktaş” isə “Ayntraxt” (Almaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Lion” (Fransa), “Malmö” (İsveç), “Budyo-Qlimt” (Norveç), “Atletik” (Bilbao, İspaniya), “Ayaks” və “Tvente” (hər ikisi Niderland) üz-üzə gələcək.
 

Komandalar 4 oyunu evdə, 4-nü isə səfərdə keçirəcək.
 

Xatırladaq ki, AvroLiqanın Liqa mərhələsində 36 komanda iştirak edir.

Komandaların hər birinə 8 rəqib seçilib. Yeni formata əsasən, hər komanda rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
 

Oyunların təqvimi avqustun 31-də bəlli olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu