Modern.az

“Paris-2024”: Azərbaycan parataekvondoçusu finalda

“Paris-2024”: Azərbaycan parataekvondoçusu finalda

İdman

30 Avqust 2024, 21:59

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə özbəkistanlı Javokhir Alikulovla qarşılaşıb.

 

Rəqibinə 7:2 hesabı ilə qalib gələn dünya və Avropa çempionumuz adını finala yazdırıb.

 

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu