Modern.az

"Sumqayıt" məğlub oldu

"Sumqayıt" məğlub oldu

İdman

30 Avqust 2024, 23:50

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 56-cı dəqiqə Miço Kuzmanoviç vurub.

 

“Araz-Naxçıvan” qələbə sayəsində hazırda 7 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. “Sumqayıt” isə 6 xalla altıncı pilləyə enib.

 

Günün ilk oyununda “Turan Tovuz” “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, tura sentyabrın 1-də yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu