Modern.az

Azərbaycan Parisdə daha bir medal qazandı

Azərbaycan Parisdə daha bir medal qazandı

İdman

31 Avqust 2024, 20:26

Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub.

 

Qeyd edək ki, daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kiloqram) qızıl, Sabir Zeynalov (58 kiloqram) isə bürünc medal qazanıblar.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu