Modern.az

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın rəqibini cərimələdi

İdman

1 Sentyabr 2024, 14:10

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.

 

Modern.az-ın xəbərinə görə, buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

 

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.

 

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

 

"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu