Modern.az

Parisdə 4-cü qızıl MEDAL - İdmançımız Paralimpiya Çempionu oldu

Parisdə 4-cü qızıl MEDAL - İdmançımız Paralimpiya Çempionu oldu

İdman

2 Sentyabr 2024, 13:02

Azərbaycan paraatleti Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, T12 kateqoriyasında yer alan idmançımız uzunluğa tullanma növündə çıxış edib.

 

O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

 

Xatırladaq ki, Parisdə keçirilən Paris Olimpiadasında Azərbaycanın iki idmançısı - Hidayət Heydərov və Zelim Kotsoyev çempion olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu