Modern.az

Azərbaycan paraüzgüçüsü finala yüksəldi

Azərbaycan paraüzgüçüsü finala yüksəldi

İdman

4 Sentyabr 2024, 11:40

Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti dəfə qüvvəsini sınayıb.

 

Modern.az xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında mübarizə aparıb.

 

Finişə 54,21 saniyəyə çatan idmançı final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paris Paralimpiadasının gümüş medalını qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu