Modern.az

"Paris-2024": İlham Zəkiyev bürünc medal QAZANDI

"Paris-2024": İlham Zəkiyev bürünc medal QAZANDI

İdman

7 Sentyabr 2024, 18:45

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

 

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil