Modern.az

Azərbaycan komandası Çempionlar Liqasının qalibi oldu

Azərbaycan komandası Çempionlar Liqasının qalibi oldu

8 Sentyabr 2024, 21:54

Azərbaycanın minifutbol üzrə "Birbaşa" komandası Çempionlar Liqasında final oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, son ölkə çempionu Polşanın paytaxtı Varşava şəhərində baş tutan qarşılaşmada Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bununla da "Birbaşa" komandası minifutbol üzrə Çempionlar Liqasının qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı