Modern.az

"Formula 1"də üçüncü sərbəst yürüş BAŞLADI

"Formula 1"də üçüncü sərbəst yürüş BAŞLADI

14 Sentyabr 2024, 12:35

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə start verilib.

 

Modern.az xəbər verir ki, yürüşdə 10 komanda birincilik uğrunda mübarizə aparır.

 

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.


Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"nin monakolu sürücüsü Şarl Lekler qalib olublar.


Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.


Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu