Modern.az

"Qarabağ"ı ÇL-dan kənarlaşdıran "Dinamo"nun baş məşqçisi komandadan qovuldu

"Qarabağ"ı ÇL-dan kənarlaşdıran "Dinamo"nun baş məşqçisi komandadan qovuldu

İdman

19 Sentyabr 2024, 13:42

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası baş məşqçisi Sergey Yakiroviçlə yollarını ayırıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Buna Zaqreb təmsilçisinin ölkə çempionatında “Hayduk”a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Bavariya”ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu