Modern.az

Roman Qriqorçuk "Neftçi"dən getdi - YENİLƏNİB

Roman Qriqorçuk "Neftçi"dən getdi - YENİLƏNİB

İdman

7 Oktyabr 2024, 20:21

"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını rəsmən ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin "sükanı arxasına" keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində "Neftçi"nin baş məşqçisi kimi 5 dəfə heç-heçəyə imza atıb, 4 görüşdə məğlub olub.

 

***

13:14

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk klubla yollarını ayırmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "Dynamomania" nəşri yazıb.

 

O, klub rəhbərliyinə müraciət edib və vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib. 59 yaşlı baş məşqçi müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.

 

Qərarın klubdaxili iclasda veriləcəyi və istefanın qəbul olunacağı gözlənilir.

 

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində "Neftçi" ilə ikiillik müqavilə imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu