Modern.az

"Qarabağ" "Neftçi"ni məğlub etdi 

"Qarabağ" "Neftçi"ni məğlub etdi 

20 Sentyabr 2024, 22:01

Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları arasında derbi başa çatıb.

 

Modern.az xəbər verir ki, "Azersun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı qonaqların heyətində avtoqol müəllifi olan Robert Bauer açıb. Digər qolları Olavio Juninyo (2) və Leandro Andrade vurublar.

 

Günün ilk matçında "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib - 2:0.

 

***

21:01

 

Misli Premyer Liqasının VII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında derbi oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, "Azersun Arena"da keçirilən görüş saat 20:00-da start götürüb.

 

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu