Modern.az

"Fənərbağça" İstanbul derbisində məğlub oldu

"Fənərbağça" İstanbul derbisində məğlub oldu

21 Sentyabr 2024, 23:11

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, prinsipial görüşdə “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

 

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Cimbom"un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. "Sarı-lacivərdlər"də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

 

Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbağça” isə 13 xalla ikinci pillədə qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu