Modern.az

Britaniyalı boksçu ağır çəki üzrə dünya çempionu OLDU

Britaniyalı boksçu ağır çəki üzrə dünya çempionu OLDU

İdman

22 Sentyabr 2024, 09:30

Britaniyalı Daniel Dyubua Beynəlxalq Boks Federasiyasının (IBF) ağır çəki dərəcəsində dünya çempionu titulunu qazanıb.

 

Modern.az-ın məlumatına görə, Londonda "Uembli" stadionunda keçirilən 12 raundluq döyüşdə Dyubua üç versiya üzrə sabiq dünya çempionu, həmyerlisi Entoni Coşuanı beşinci raundda nokautla məğlub edib.

 

Dyubua iyunun 2-də keçirdiyi son döyüşdə xorvatiyalı Filip Hrqoviçi səkkizinci raundda texniki nokautla məğlub edərək IBF-nin müvəqqəti dünya çempionu adını qazanıb. 27 yaşlı britaniyalının hesabında indi 22 qələbə (21-i nokautla), 2 məğlubiyyət var.

 

34 yaşlı Coşuanın hesabında indi 28 qələbə (25-i nokaut), 4 məğlubiyyət var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu