Modern.az

Azərbaycan Premyer Liqasında növbəti oyun

Azərbaycan Premyer Liqasında növbəti oyun

İdman

22 Sentyabr 2024, 22:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları başa çatıb.

 

Modern.az xəbər verir ki, turun bağlanış matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

 

Səfərdə "Sumqayıt"ın qonağı olan "Zirə" 2:0 hesablı qələbə qazanıb.

 

Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub.

 

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu