Modern.az

"Qarabağ" Londonda məğlub oldu - YENİLƏNİB

"Qarabağ" Londonda məğlub oldu - YENİLƏNİB

İdman

27 Sentyabr 2024, 01:36

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş “Tottenhem”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

***

23:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

 

Modern.az xəbər verir ki, tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

 

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu