Modern.az

Voleybolçular Ermənistan idmançılarını məğlub etdilər

Voleybolçular Ermənistan idmançılarını məğlub etdilər

İdman

27 Sentyabr 2024, 13:16

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

 

Voleybol Federasiyasından Modern.az-a verilən məlumata görə, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

 

Komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

 

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu