Modern.az

Avropa Konfrans Liqasında əsas mərhələ

Avropa Konfrans Liqasında əsas mərhələ

2 Oktyabr 2024, 23:57

UEFA Avropa Konfrans Liqasında əsas mərhələyə start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Başakşəhər” komandası doğma meydanda Avstriya təmsilçisi “Rapid”lə (Vyana) üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər görüşündə isə Portuqaliyanın “Vitoriya Gimaraynş” klubu Sloveniyanın “Tselye” kollektivini 3:1 hesabı ilə üstələyib.

 

Konfrans Liqasının digər oyunları oktyabrın 3-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu