Modern.az

"Qarabağ" Bakıda məğlub oldu - YENİLƏNİB

"Qarabağ" Bakıda məğlub oldu - YENİLƏNİB

İdman

3 Oktyabr 2024, 22:55

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb.

 

Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

 

***

20:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

 

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu