Modern.az

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

İdman

4 Oktyabr 2024, 09:32

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Modern.az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin Il turunda İsveçin “Malmö” klubuna 1:2 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalını artıra bilməyib.

28-ci pilləyə düşən Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Reytinq cədvəlində Azərbaycanla eyni xala malik Bolqarıstan isə bir pillə irəliləyərək 27-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (92.446) başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu