Modern.az

“Qəbələ” legioner futbolçusu ilə vidalaşdı

“Qəbələ” legioner futbolçusu ilə vidalaşdı

İdman

4 Oktyabr 2024, 12:40

“Qəbələ” komandası qanalı futbolçu Samuel Tette ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin sentyabrından “Qəbələ”də çıxış edən Tette “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Misli Premyer Liqasında 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu