Modern.az

Bu gün Misli Premyer Liqasında iki oyun var

Bu gün Misli Premyer Liqasında iki oyun var

5 Oktyabr 2024, 10:42

Bu gün Misli Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

Modern.az xəbər verir ki, günün ilk matçında “Səbail” “ASCO Arena”da “Şamaxı”nı sınağa çəkəcək. Saat 17:00-da başlayacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Hazırda Bakı klubu 4 xalla 8-ci, bölgə təmsilçisi 12 xalla 6-cı pillədə qərarlaşıb.

Günün son oyununda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Saat 19:30-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.

Səkkiz turdan sonra muxtar respublika təmsilçisi 16 xalla ikinci, paytaxt klubu isə 14 xalla beşincidir.

Qeyd edək ki, turun açılış matçında “Kəpəz” Tovuzda “Neftçi”yə 4:3 hesabı ilə qalib gəlib. Tura oktyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi