Modern.az

Təmsilçimiz gümüş medal qazandı

Təmsilçimiz gümüş medal qazandı

İdman

5 Oktyabr 2024, 15:34

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən “Denis Ten Memorial Challenge” turnirində qüvvəsini sınayıb.

Modern.az xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə çıxış edib.

V.Litvintsev 246.00 xal toplayaraq, yekun nəticədə 12 idmançı arasında 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu