Modern.az

Qriqorçuk istefa barədə danışmaq istəmədi

Qriqorçuk istefa barədə danışmaq istəmədi

İdman

9 Oktyabr 2024, 13:56

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

 

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

 

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu