Modern.az

Millimiz Estoniyaya yollandı

Millimiz Estoniyaya yollandı

İdman

9 Oktyabr 2024, 14:56

UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

Modern.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu