Modern.az

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

İdman

11 Oktyabr 2024, 12:58

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Modern.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Latsio Baku” –“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Bayern Baku” – “Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu