Modern.az

Azərbaycan millisi bu gün Slovakiya ilə oynayacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə oynayacaq

14 Oktyabr 2024, 08:45

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

Modern.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün növbəti matçına çıxacaq.

Komandamız Bakıda Slovakiya ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub. 

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Millətlər Liqası

IV tur, C Liqası, I Qrup

14 oktyabr

20:00. Azərbaycan – Slovakiya

Baş hakim: Rohit Saggi
Baş hakimin köməkçiləri: Morten Jensen, Anders Olav Dale
Dördüncü hakim: Sigurd Kringstad

Tofiq Bəhramov adına Respublika stadionu.
 

N Komandalar      O     Q     H     M     T-F     X
1 İsveç       3      2      1      0     8-3      7
2 Slovakiya       3      2      1      0     5-2      7
3 Estoniya       3      1      0      2     3-5      3
4 Azərbaycan       3      0      0      3     2-8      0

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu