Aleksandr Petrakov Ermənistan millisinin baş məşqçisi postunu tərk edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının məlumatında bildirilib.
Bazar günü Ermənistan yığması Millətlər Liqasının qrup mərhələsinin ev oyununda Şimali Makedoniyaya 0:2 hesabı ilə məğlub olub. Ermənistan komandası dörd xalla C divizionunun 4-cü qrupunda ikinci yerdədir.
“Petrakov artıq milli komandaya rəhbərlik etməyəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, o, Şimali Makedoniya yığması ilə dünənki oyundan sonra vəzifəsindən kənarlaşdırılıb.
Petrakov 2023-cü ilin yanvarından Ermənistan millisinə rəhbərlik edirdi.