Modern.az

Azərbaycan - Slovakiya matçına 3978 bilet satılıb

Azərbaycan - Slovakiya matçına 3978 bilet satılıb

İdman

14 Oktyabr 2024, 11:57

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda bu gün keçiriləcək Azərbaycan - Slovakiya matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Modern.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, qarşılaşma üçün hələlik 3978 bilet alınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu