Modern.az

Millətlər Liqası: Millimiz yenə uduzdu

Millətlər Liqası: Millimiz yenə uduzdu

İdman

14 Oktyabr 2024, 21:57

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, C Divizionunda mübarizə aparan yığma I qrupdakı 4-cü matçında Slovakiya seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 3:1.

 

Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 5 dəqiqə sonra Slovakiya yığması ikinci topu millimizin qapısından keçirib. Lukaş Haraslin fərqlənib. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə David Duriş qoyub.

 

Qeyd edək ki, 4 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 10 xalı olan Slovakiya komandası isə 1-ci pillədə qərarlaşıb.

 

Qrupun digər matçında İsveç seçməsi Estoniyanı sınağa çəkəcək.

 

***

20:01

UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan və Slovakiya yığmaları arasında IV tur oyunu başlayıb.

 

Modern.a xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

 

Görüşü norveçli FIFA referisi Roxit Saqqi idarə edir.

 

Qeyd edək ki, ilk 3 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 7 xalı olan Slovakiya yığması isə 2-ci pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu