Modern.az

Millimiz İngiltərəyə UDUZDU

Millimiz İngiltərəyə UDUZDU

İdman

16 Oktyabr 2024, 08:37

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərə komandası ilə üz-üzə gəlib.

 

Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra Azərbaycan seçməsi 3 xalla qrupu 6-cı pillədə başa vurub. İngiltərə yığması isə 25 xalla qrup birincisi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu