Modern.az

Pulları olmadığı üçün oyuna gələ bilmədilər - Texniki məğlubiyyət alacaq

Pulları olmadığı üçün oyuna gələ bilmədilər - Texniki məğlubiyyət alacaq

İdman

17 Oktyabr 2024, 17:40

Azərbaycan 2-ci Liqasında çıxış edən “Lerik” klubu maliyyə problemi olduğuna görə “Şəfa” ilə bu gün baş tutmalı oyun üçün Bakıya gələ bilməyib.

Modern.az xəbər verir ki,  leriklilər meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alacaq. 

Bu barədə rəsmi qərar İntizam Komitəsinin iclasından sonra açıqlanacaq. 

Peşəkar Futbol Liqasından matçla bağlı açıqlama verilib: “Lerik” klubu maliyyə problemi ilə əlaqədar  olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. PFL prosedura  uyğun olaraq əlaqədar komitələri və “Lerik”  klubunun cari turdakı rəqibini bununla bağlı məlumatlandırıb. Qaydalara uyğun olaraq  oyun rəsmiləri, “Şəfa” klubu matçın təyin olunduğu vaxtda stadionda olublar. Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət  gözlənilib və daha sonra  görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu