Modern.az

"Qarabağ" qələbə ilə başladı 

"Qarabağ" qələbə ilə başladı 

İdman

18 Oktyabr 2024, 21:46

Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.

 

Modern.az xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.

 

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu