Modern.az

Həmin klubun baş məşqçisi 300 manat cərimələndi

Həmin klubun baş məşqçisi 300 manat cərimələndi

İdman

21 Oktyabr 2024, 14:40

Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmayan "Lerik" klubunun cəzası bəlli olub.

Modern.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu klub 300 manat cərimələnib.

Qeyd edək ki, "Lerik" II Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan 2-ci Liqasında çıxış edən “Lerik” klubu maliyyə problemi olduğuna görə “Şəfa” ilə oktyabrın 17-də baş tutmalı oyun üçün Bakıya gələ bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu